Menyu

Kobaxidze: Azərbaycanla Ermənistan arasında danışıqlara dəstək verməyə hazırıq

Kobaxidze: Azərbaycanla Ermənistan arasında danışıqlara dəstək verməyə hazırıq

Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda Gürcüstan üçün də son dərəcə önəmlidir.

Operativ Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq", - Kobaxidze bildirib.

Əlaqəli Xəbərlər