Ana səhifə / Siyasət / Azərbaycan və NATO nümayəndə heyətləri müzakirələr aparıb Azərbaycan və NATO nümayəndə heyətləri müzakirələr aparıb 09.04.2025, 18:48 Əsəd Abbaslı Qətərdə keçirilən Hərbi Strateji Tərəfdaşlıq Konfransı çərçivəsində Azərbaycan və NATO nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib. Danışıqlar çərçivəsində keçmiş əməkdaşlıq, davam edən səylər və gələcək planlar müzakirə edilib. Müzakirələrdə NATO-nun bütün qurumları təmsil olunub.