ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” adlı tədbir keçirilib
Əsəd Abbaslı
ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” mövzusunda foto sərgi keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Məlumata görə, tədbirdə Azərbaycandakı mina problemi, onun fəsadları və hökumətin bu problemi aradan qaldırmaq istiqamətində atdığı addımlar diqqətə çatdırılıb.