Ana səhifə / Siyasət / Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevi təbrik edib Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevi təbrik edib 08.04.2025, 17:35 İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Operativ Media xəbər verir ki, təbrikdə deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Uca Allahdan Sizə cansağlığı və səadət, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".