Ana səhifə / Siyasət / Bu ay Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək Bu ay Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək 08.04.2025, 12:26 Nərmin Qocamanlı Mərkəzi Asiyanın kosmik simalarının bir araya gəldiyi Kosmik Texnologiyalar Konfransı (STC2025) bu ay Bakıda keçiriləcək. Operativ Media-nın Türk Dövlətləri Təşkilatının (TDT) saytından əldə etdiyi məlumata görə, tədbir 23-24 aprel tarixlərində baş tutacaq. Qeyd edək ki, bu TDT Kosmik Agentlikləri və Müvafiq Orqanları arasında sayca 4-cü görüşü olacaq.