Ana səhifə / Siyasət / Ceyhun Bayramov bu həftə Türkiyəyə səfər edəcək Ceyhun Bayramov bu həftə Türkiyəyə səfər edəcək 07.04.2025, 10:16 Nərmin Qocamanlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu həftə Türkiyəyə səfər edəcək. Operativ Media-nın xəbərinə görə, nazir 11-13 aprel tarixlərində baş tutacaq Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcək. Qeyd edək ki, Forumda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Abbas Araqçının də iştirakı gözlənilir.