Armen Qriqoryan Aİ-nin nümayəndəsi ilə Azərbaycanla normallaşmanı müzakirə edib
Nərmin Qocamanlı
Aprelin 3-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
Görüşdə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və mövcud çağırışlar müzakirə olunub.
Həmsöhbətlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.