Ana səhifə / Siyasət / Fələstin Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib Fələstin Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib 02.04.2025, 18:30 Əsəd Abbaslı Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Operativ Media xəbər verir ki, məktubda qeyd olunub: "Hörmətli cənab Prezident. Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram. Allah-Taaladan Sizə cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına və bütün xalqlara xeyir-bərəkət, səadət bəxş etməsini arzulayıram. Ramazan bayramınız mübarək!"