Ana səhifə / Siyasət / Ersin Tatar Prezident İlham Əliyevə təbrik ünvanlayıb Ersin Tatar Prezident İlham Əliyevə təbrik ünvanlayıb 02.04.2025, 16:30 Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Operativ Media xəbər verir ki, məktubda deyilir: "Cənab Prezident. Sizi, ailənizi və bütün Azərbaycan xalqını Şimali Kipr Türk Cümhuriyyətinin xalqı adından və şəxsən öz adımdan Novruz və Ramazan bayramları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizə dərin ehtiramımı ifadə edirəm".