Ana səhifə / Siyasət / ABŞ Yəmənə yenidən hava zərbələri endirib ABŞ Yəmənə yenidən hava zərbələri endirib 01.04.2025, 07:59 Əziz Əzizli ABŞ döyüş təyyarələri Hudeydanın Kamaran adasına iki hava hücumu təşkil edib. Operativ Media xəbər verir ki, bu haqda Husilərə bağlı Əl-Məsirə televiziyası məlumat yayıb. Dağıntı və ya insan tələfatı ilə bağlı heç bir məlumat paylaşılmayıb. Husilər bazar günü ABŞ-nin Sənaya etdiyi dörd hava hücumu nəticəsində bir nəfərin öldüyünü, beş nəfərin yaralandığını açıqlayıb. Martın 15-də ABŞ prezidenti Donald Tramp Yəməndə husilərə qarşı genişmiqyaslı hücum əmri verib. Hücumlarda ən azı 79 nəfərin öldüyü, 107 nəfərin yaralandığı açıqlanıb.