Ana səhifə / Siyasət / Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib 26.03.2025, 15:17 Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Operativ Media xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram. Bayramınız mübarək!".