İran lideri Xamenei: ABŞ İrana qarşı təhdidlərlə heç bir yerə çatmayacağını bilməlidir
Əziz Əzizli
Xamenei İran təqviminə görə, yeni ilin başlanğıcı olan Novruz münasibətilə Tehrandakı iqamətgahında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları və yüksək səviyyəli siyasi və hərbi rəsmiləri qəbul etdiyi görüşdə çıxış edib.
Operativ Media xəbər verir ki, keçən il İsrailin hücumlarında Hizbullah lideri Həsən Nəsrullah və HƏMAS lideri İsmayıl Həniyyənin kimi mühüm fiqurların həyatını itirdiyini xatırladan Xamenei, bu hadisələrin ölkəsi üçün böyük faciə olduğunu bildirib.
ABŞ Prezidenti Donald Trampın təhdidlərini dəyərləndirən Xamenei, "Amerikalılar İranı təhdid etməklə heç bir nəticə əldə edə bilməyəcəklərini bilməlidirlər. Biz heç vaxt qarşıdurmanı başladan tərəf olmamışıq, lakin biri bunu edərsə, ağır zərbələr alacağını bilməlidir." – deyə qeyd edib.