Ana səhifə / Siyasət / Britaniya XİN rəhbəri: Azərbaycanla Ermənistan arasında tarixi sülh razılaşmasının əldə olunmasını alqışlayırıq Britaniya XİN rəhbəri: Azərbaycanla Ermənistan arasında tarixi sülh razılaşmasının əldə olunmasını alqışlayırıq 18.03.2025, 16:43 Biz Azərbaycanla Ermənistan arasında danışıqların başa çatmasını və tarixi sülh razılaşmasının əldə olunmasını alqışlayırıq. Operativ Media xəbər verir ki, bunu Böyük Britaniya Parlamentindəki çıxışında krallığın xarici işlər naziri Devid Lemmi deyib. Devid Lemmi həmçinin tərəfləri sülh razılaşmasını mümkün qədər tez bir zamanda imzalamağa çağırıb.