Menyu

Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır

Əsəd Abbaslı
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır

Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atması və sülh müqaviləsinə razılıq verilməsi məmnunluqla qarşılanıb.

Operativ Media xəbər verir ki, bu barədə Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valtz məlumat verib.

Qafqazda münaqişənin sona çatmasının vacibliyini vurğulayan Valtz, bu həftə Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə danışdığını bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması mühüm addımdır və bu saziş tezliklə yekunlaşdırılmalıdır.

Həmçinin, regionun daha təhlükəsiz və firavan olması üçün birgə çalışmaq lazım olduğunu vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər