Belçika XİN rəhbəri: Bakı və İrəvan arasında sülh danışıqlarında irəliləyiş ümidvericidir
Nərmin Qocamanlı
Azərbaycan və Ermənistan arasında davamlı sülh bütün region üçün vacibdir və əldə edilmiş razılaşmalar ümidvericidir.
Operativ Media xəbər verir ki, bu barədə Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevo bildirib.
"Region və onun hüdudlarından kənarda vacib və faydalı olan davamlı sülh nəhayət ki, əlçatan olub. Mən hər iki tərəfin tezliklə sazişi imzalayacağına ümid edirəm", - o, "X" sosial şəbəkəsində yazıb.