Ana səhifə / Siyasət / Tramp NATO-nun baş katibi ilə görüşəcək Tramp NATO-nun baş katibi ilə görüşəcək 12.03.2025, 06:02 Əziz Əzizli ABŞ Prezidenti Donald Tramp martın 13-də Vaşinqtonda NATO-nun baş katibi Mark Rutte ilə işgüzar görüş keçirəcək. Operativ Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə deyib. “Cümə axşamı Prezident Tramp NATO-nun baş katibini işgüzar görüş və nahar üçün qəbul edəcək”, - o bildirib.