"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, millət vəkili Müşfiq Cəfərov "Səbail" ilə oyunun fasiləsində baş verən insident zamanı bıçaqlanan azarkeşimiz Rahib Ələsgərovu ziyarət edib.
"Operativ Media" xəbər verir ki, Ələsgərovun sağlıq durumu ilə maraqlanan klub rəhbərliyi ona şəfa diləyib, tezliklə tribunaya dönməsini arzulayıb.
Bakıda yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanada əməliyyat olunan fanatın vəziyyəti normaldır. O, reanimasiyadan adi palataya köçürülüb. Qarşıdakı günlərdə evə buraxılacaq.
Teqlər:
"Bıçaqlanan azarkeşə \"Kəpəz\" rəhbərliyi baş çəkib"