Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Operativ Media
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə T.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma