"Çelsi" "Atalanta"nın müdafiəçisini tranfer edir
"Atalanta"nın və İtaliya millisinin müdafiəçisi Marko Palestra "Çelsi"yə keçir.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, klublar və 21 yaşlı futbolçu transferlə bağlı şifahi razılıq əldə ediblər. "Atalanta" sağ cinah müdafiəçisi üçün bonuslar daxil olmaqla 55 milyon avrodan çox məbləğ və oyunçunun növbəti satışından faiz alacaq. "Çelsi" futbolçu ilə uzunmüddətli müqavilə imzalayacaq.
İyun ayında "İnter" də Palestra ilə maraqlanırdı. Milan klubu italyan futbolçu üçün "Atalanta"ya 45 milyon avro təklif etmişdi.
Palestra 2025/26 mövsümünü icarə əsasında "Kalyari"də keçirib. O, meydana çıxdığı 37 matçda bir qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.