Menyu

Mateus Kamilo: Məqsədim Nazimə nokautla qalib gəlməkdir

Operativ Media
Mateus Kamilo: Məqsədim Nazimə nokautla qalib gəlməkdir

Nazim Sadıqovla qarşılaşmaya tam hazır vəziyyətdəyəm.

Operativ Media  xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək braziliyalı döyüşçü Mateus Kamilo mətbuat konfransında deyib.

O, Azərbaycan təmsilçisi Nazim Sadıxovla maraqlı döyüşün alınacağına inandığını bildirib:

“Azarkeşlər Nazimlə aramızda çox maraqlı və gərgin qarşılaşma izləyəcəklər. Qələbə qazansam, bunu mənə dəstək olan hər kəsə həsr edəcəyəm. İdmançılar döyüşə yaxşı hazırlaşanda özlərini daha sakit və inamlı hiss edirlər. Məqsədim Nazimə nokautla qalib gəlməkdir”.

Qeyd edək ki, UFC turniri iyunun 27-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək. Mateus Kamilo həmin gecədə Azərbaycan təmsilçisi Nazim Sadıqovla üz-üzə gələcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər