Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb
Şəfa Hüseynli
Almaniyada dəmir yolu rəqəmsal rabitə sistemində yaranmış nasazlıq səbəbindən qatarların hərəkəti ölkə üzrə müvəqqəti dayandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə Almaniya Dəmir Yolları Şirkətinin (Deutsche Bahn) məlumat yayıb.
Bildirilib ki, sistemdəki nasazlıq şəhərlərarası yüksək sürətli qatarlara, eləcə də regional xətlərə və Berlin şəhərətrafı dəmir yolu şəbəkəsinə mənfi təsir göstərib.
Deutsche Bahn rəsmiləri açıqlamalarında nasazlığın mənbəyi barədə ətraflı məlumat verməsələr də, sistemin ehtiyat təcili mexanizm vasitəsilə sabitləşdirildiyini və xidmətlərin səhər saatlarından etibarən tədricən bərpa olunduğunu bildiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net