Tahir Abdullayev: UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm
UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm.
Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan döyüşçüsü Tahir Abdullayev Bakıda keçiriləcək UFC turniri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
İdmançı doğma azarkeşlər önündə döyüşməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“İnsanların bizi bu qədər dəstəkləməsi sevindirici haldır. Öz ölkəmdə döyüşmək mənə əlavə motivasiya verir. Burada çox güclü idmançılar çıxış edəcək. Hazırda mübarizə apardığım 77 kiloqram çəki dərəcəsindən razıyam”.
Tahir Abdullayev UFC-yə gedən yolundan da danışıb: “Əvvəlcə Əbu-Dabidə keçiriləcək turnirdə iştirak etməyim nəzərdə tutulurdu. ABŞ-də hazırlıq keçdiyim müddətdə əsas məqsədim UFC-yə vəsiqə qazanmaq idi. Xoşbəxtlikdən buna nail oldum”.
Qeyd edək ki, Tahir Abdullayev UFC turniri çərçivəsində Milli Gimnastika Arenasında braziliyalı Ceferson Nasimento ilə qarşılaşacaq.