Menyu

Manuel Torres: Rafael Fiziyevin məni ilk raunda məğlub edəcəyini düşünmürəm

Operativ Media
Manuel Torres: Rafael Fiziyevin məni ilk raunda məğlub edəcəyini düşünmürəm

Meksikalı idmançı Manuel Torres Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində öz taktikası ilə mübarizə aparacaq.

Operativ Media xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

"Rafael Fiziyevin hansı taktikadan istifadə edəcəyini bilmirəm. Amma mənim öz döyüş üslubum var. Bundan da istifadə edəcəyəm. Rəqibim təcrübəli döyüşçüdür. Onun məni ilk raunda məğlub edəcəyini düşünmürəm", - meksikalı döyüşçü vurğulayıb.

Torres birinci raundda qələbə qazanmaq ehtimalı barədə danışıb:"Bu, mümkündür. Həmişə 5 raundluq döyüşə hazıram. İlk raundda rəqibi üstələmək strategiyanın bir parçasıdır".

O, Bakı haqqında da fikirlərini bölüşüb: "Şəhəriniz çox gözəldir. İnsanları qonaqpərvərdir. Hələlik çox gəzə bilməmişəm".

Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər