Rusiyalı futbolçunu qucaqladı, azarkeşlər qəzəbləndi - FOTOLAR
Əziz Əzizli
Dünən Fransa Liqa 1-də "Marsel" "Monako" klubunu qəbul edib.
"Operativ Media" xəbər verir ki, futbol üzrə Ukrayna milli komandasının üzvü, hazırda Fransa çempionatında "Marsel"in şərəfini qoruyan Ruslan Malinovski dünən "Monako" ilə keçirdiyi oyunun sonunda tənqidlərə səbəb olan addım atıb. Belə ki, oyun başa çatdıqdan sonra o, "Monako"da çıxış edən rusiyalı futbolçu Aleksandr Qolovinə yaxınlaşıb və onlar qucaqlaşıblar. Bu epizod canlı yayıma düşməsə də, o anın fotosu sosial mediada gündəm olub. Ukraynalı sosial şəbəkə istifadəçiləri futbolçunun instaqram hesabındakı son paylaşımında onu kəskin tənqid ediblər. R.Malinovski bu addımına görə Rusiya xalqından üzr istəyib.
Yeri gəlmişkən, oyun 1-1 hesabı ilə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net