Menyu

Əli Əsədov Gürcüstanın Baş nazirini təbrik edib

Nərmin Qocamanlı
Əli Əsədov Gürcüstanın Baş nazirini təbrik edib

Bu barədə "Operativ Media"ya Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycanın dost ölkə və etibarlı tərəfdaş olan Gürcüstanla münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub.

Dərin tarixi əlaqələrlə bir-birinə bağlı olan iki ölkənin həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq etdikləri vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan bundan sonra da Gürcüstan ilə dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindədir.

Teqlər:

"\u018fli \u018fs\u0259dov G\u00fcrc\u00fcstan\u0131n Ba\u015f nazirini t\u0259brik edib"

Əlaqəli Xəbərlər