BMT baş katibi İsrail və Livan arasında atəşkəsi alqışlayıb
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, bu haqda Quttereşin sözçüsü Stefan Dujarrikin yaydığı bəyanatda bildirilir.
"BMT-nin baş katibi Livan və İsrail arasında atəşkəsin elan edilməsini alqışlayır, bu razılaşmanın, hər iki ölkə xalqına qarşı zorakılığa, dağıntılara və iztirablara son qoyacağına ümid edir", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, İsrailin hərbi-siyasi kabineti Livanda atəşkəs planını rəsmən təsdiqləyib. Bundan qısa müddət sonra ABŞ prezidenti Co Bayden İsraillə “Hizbullah” arasında razılıq əldə olunduğunu açıqlayıb.
Teqlər:
"BMT ba\u015f katibi \u0130srail v\u0259 Livan aras\u0131nda at\u0259\u015fk\u0259si alq\u0131\u015flay\u0131b"