Azərbaycan millisinin Rusiya ilə bir oyunu azarkeşsiz keçiriləcək
Əziz Əzizli
"Operativ Media" Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, “Fişt” stadionunda baş tutacaq ilk görüş üçün biletlər qurumun partnyoru olan “kassir.ru” saytında satışda olacaq.
Valideynləri və ya qohumları ilə matça gələcək 5 yaşa qədər olan uşaqlar üçün bilet tələb olunmayacaq.
Dekabrın 2-də “Soçi” klubunun məşq bazasında təşkil olunacaq ikinci qarşılaşma isə bağlı qapılar arxasında, yəni azarkeşsiz keçiriləcək. Hər iki matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, millimiz dekabrın 3-dək Rusiyada təlim-məşq toplanışında olacaq.
Teqlər:
"Az\u0259rbaycan millisinin Rusiya il\u0259 bir oyunu azarke\u015fsiz ke\u00e7iril\u0259c\u0259k"