AFFA iki azərbaycanlı futbolçunu ömürlük futboldan uzaqlaşdırdı
Operativ Media
AFFA İntizam Komitəsinin qərarına əsasən azərbaycanlı iki futbolçu futboldan uzaqlaşdırılıb.
"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, danışılmış oyunlarda iştirakına görə Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbolçuları 29.03.1990-cı il təvəllüdlü Əliyev Fərmayıl Nəriman oğlu və 22.09.1991-ci il təvəllüdlü Mehtiyev Emin Natiq oğlu ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net