Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirakını təsdiqləyib. Rinkeviç öz nümayəndə heyəti ilə iştirak edəcək.
“İlin ən böyük zirvə toplantısı olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, deməliyəm ki, həlledici məsələlərdən biridir. Biz müzakirələri dəstəkləyirik. Biz bu kimi məsələlərdə fəal iştirak edəcəyik. Ümid edirik ki, COP29-da daha sonra konsensusa və çox yaxşı qərarlara nail olacağıq”, - deyə səfir əlavə edib.
Teqlər:
"Latviya Prezidenti COP29-da i\u015ftirak ed\u0259c\u0259k"