Hakan Çalhanoğlu: "Milanı silib süpürüb evlərinə yola saldıq"
Əziz Əzizli
Dünən İtaliya Kubokunun final görüşündə "İnter" klubu "Milan"ı 0-3 hesabı ilə məğlub edərək kuboka sahib çıxdı.
"Operativ Media" xəbər verir ki, matçdan sonra "İnter"in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu bunları deyib:
"Keçən ilki çempionat şənliklərindəki hadisələr mənim üçün çətin oldu. Mən həmişə susmağa üstünlük verirəm. Amma "karma" ortaya çıxdı. Bu gün "Milan"ı silib süpürüb evə göndərdik".
Xatırladaq ki, Hakan Çalhanoğlu "İnter"ə "Milan" klubundan transfer olmuşdu.
Teqlər:
"Hakan Çalhanoğlu: \"Milanı silib süpürüb evlərinə yola saldıq\""