Ana səhifə / Siyasət / Türkiyənin aparıcı media qurumları Ermənistana dəvət olunacaq Türkiyənin aparıcı media qurumları Ermənistana dəvət olunacaq 30.10.2024, 11:20 Nərmin Qocamanlı Ermənistan hökuməti Paşinyanın "Dünyanın Kəsişməsi" layihəsinin təqdimatını keçirəcək, təqdimata Türkiyənin aparıcı media qurumları dəvət olunacaq. "Operativ Media" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə baş nazir aparatının rəhbəri Arayik Arutyunyan parlamentdə məlumat verib. Məlumata görə, yaxın vaxtlarda iranlı ekspertlərin də 4 gün davam edəcək səfəri planlaşdırılır.