Menyu

Millət vəkili: "Ümidvaram ki, COP29 bütün iştirakçı ölkələrə töhfə verəcək”

Nərmin Qocamanlı
Millət vəkili: "Ümidvaram ki, COP29 bütün iştirakçı ölkələrə töhfə verəcək”

“Azərbaycan uzun illərdir yaşıl enerji sahəsində işlər həyata keçirir. Bu gün işğaldan azad olunmuş ərazilərdə yaşıl zonalar tətbiq olunur və yaşıl layihələr həyata keçirilir”.

“Operativ Media” xəbər verir ki, bu sözləri COP29 Təşkilat komitəsinin üzvlü, Millət vəkili Sevinc Fətəliyeva Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” forumunda çıxışı zamanı deyib.

“COP29 Azərbaycanda keçirilməsi bir günlük hadisə deyil. Bu dövlətin strategiyasıdır. Bu gün elə bir dünya ölkəsi yoxdur ki, o dövlətin iqlim dəyişkənliyi, ekoloji problem narahat etməsin. Zaman keçdikcə bu problemin artması bütün dünya üçün ön plana çıxıb. Azərbaycan bir neçə dəfə böyük tədbirlərə ev sahibliyi edib. COP29 təşkilatı zamanı da biz bir daha dünyaya göstərəcəyik ki, ölkəmiz müxtəlif coğrafiyaları təmsil edən siyasi, ekoloji məsələləri bir araya yığıb dialoq təşkil edə bilir. Ümidvaram ki, COP29 digərlərindən fərqlənəcək, bütün iştirakçı ölkələrə töhfə verəcək”.

Teqlər:

"Mill\u0259t v\u0259kili: \"\u00dcmidvaram ki COP29 b\u00fct\u00fcn i\u015ftirak\u00e7\u0131 \u00f6lk\u0259l\u0259r\u0259 t\u00f6hf\u0259 ver\u0259c\u0259k\u201d"

Əlaqəli Xəbərlər