Bakıda "COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” formu öz işinə başlayıb - YENİLƏNİB
Oktyabrın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” formunun birinci günü yekunlaşıb.
"Operativ Media" xəbər verir ki, 5 gün davam edəcək forum çərçivəsində "İkinci həyat – dizaynerlərin gözü ilə" adlı tulantılardan hazırlanmış maketlərin sərgisi, panel müzakirələri, vörkşoplar, rəsm müsabiqəsi, təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan forumun ilk günündə “Müasir şəhərsalmada dayanıqlılıq amilləri”, “Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi” və “Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri” mövzuları ətrafında panel müzakirələri təşkil olunub.
İkinci gün tullantılardan istifadə etməklə maket hazırlığı, dibçəklər üzərində DİM-lərə həsr olunmuş rəsmlər, davamlı şəhər inkişafı barədə tələbələrin təklifləri, yeni layihə ideyalarının müzakirəsi və fikir mübadiləsi həyata keçiriləcək. Forumun üç və dördüncü günləri təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq. Son gündə isə forumun bağlanışı mərasimi keçiriləcək və fərqlənən iştirakçılar Təşkilat Komitəsi tərəfindən mükafatlandırılacaq.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün ölkəmizdə, o cümlədən AzMİU-da silsilə seminarlar, forumlar və bu kimi müxtəlif tədbirlər keçirilir.
***
10:07
Oktyabrın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar” formu öz işinə başlayıb.
"Operativ Media" xəbər verir ki, 5 gün davam edəcək forum çərçivəsində "İkinci həyat – dizaynerlərin gözü ilə" adlı tulantılardan hazırlanmış maketlərin sərgisi, panel müzakirələri, vörkşoplar, rəsm müsabiqəsi, təmizlik və ağacəkmə aksiyaları təşkil olunacaq.
Forumun açılış mərasimində AzMİU-nun rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova, ekologiya və təbii sərvətlər nazirinin müvaini Rauf Hacıyev, COP29 təşkilat komitəsinin üzvlü, millət vəkili Sevinc Fətəliyeva və Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi komandasının həm-rəhbəri Jalə İbrahimova rəsmi qonaq qismində iştirak edir.