Menyu

Səfir Fathudin Ali Mohamed XİN-nin protokol rəhbərinə etibarnaməsinin surətini təqdim edib

Əsəd Abbaslı
Səfir Fathudin Ali Mohamed XİN-nin protokol rəhbərinə etibarnaməsinin surətini təqdim edib

Somalinin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Mohamed Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfliyə etibarnaməsinin surətini təqdim edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Səfir Fathudin Ali Mohamed bu gün Ankarada iqamət edən qeyri-rezident səfir olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin protokol rəhbəri cənab Anar Nəcəfliyə etibarnaməsinin surətini təqdim edib”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, afrikalı diplomat may ayında etibarnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmişdi.

Teqlər:

"S\u0259fir Fathudin Ali Mohamed X\u0130N-nin protokol r\u0259hb\u0259rin\u0259 etibarnam\u0259sinin sur\u0259tini t\u0259qdim edib"

Əlaqəli Xəbərlər