Menyu

Şahin Mustafayev Abbas Əraqçi ilə görüşüb

Nərmin Qocamanlı
Şahin Mustafayev Abbas Əraqçi ilə görüşüb

İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

"Operativ Media" xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, regional məsələlər və s. müzakirə olunub.

Bundan başqa o, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

Məlumata görə, F.Sadiq Azərbaycanla əlaqələrin İran üçün çox önəmli olduğunu bildirib.

O, 16-cı Azərbaycan-İran Birgə İqtisadi Komissiyanın iclasının tezliklə Tehranda keçirilməsini təklif edib:

“Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır”.

Teqlər:

"\u015eahin Mustafayev Abbas \u018fraq\u00e7i il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər