Muxtar Babayev BMT Baş Katibinin xüsusi müşaviri ilə görüşüb
COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində BMT Baş Katibinin İqlim Fəaliyyəti və Ədalətli Keçid üzrə xüsusi müşaviri Selwin Hart ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.
Tərəflər COP29 zamanı sıx əməkdaşlıq ediləcəyini bildiriblər.