ABŞ Prezidenti Co Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "X" hesabında paylaşım edilib.
Con Podestanın səfəri COP29-un konfransqabağı görüşlərində iştirak etmək və kritik iqlim məsələlərində Azərbaycanla ABŞ əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.