Menyu

TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər

Nərmin Qocamanlı
TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası Qazaxıstanda keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə qərar bu gün nazirlərin birgə bəyannamənin imzalanması ilə başa çatan IV iclasında qəbul edilib.

Səhiyyə nazirləri TDT-yə üzv ölkələr və müşahidəçilər üçün vahid tibbi elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibbi təhsillə bağlı vahid standartların hazırlanması, tibb mütəxəssislərinin davamlı təhsilinin təmin edilməsi və səhiyyə sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, təşkilat çərçivəsində vahid elektron sağlamlıq standartları hazırlanmaqla pasiyentlər haqqında məlumat mübadiləsinin aparılması barədə qərar qəbul edilib.

Eyni zamanda, 2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İşçi Qrupunun Fəaliyyət Planı təsdiqlənib.

Teqlər:

"TDT \u00f6lk\u0259l\u0259rinin s\u0259hiyy\u0259 nazirl\u0259ri \u015eu\u015fada b\u0259yannam\u0259 q\u0259bul edibl\u0259r"

Əlaqəli Xəbərlər