Böyük Britaniyanın Azərbaycandakı səfiri "Qarabağ"a uğurlar arzulayıb
Nərmin Qocamanlı
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld "Tottenhem" - "Qarabağ" oyunu ilə bağlı paylaşım edib.
"Operativ Media" xəbər verir ki, səfir "X" hesabında edilən paylaşımda "Qarabağ"a uğurlar arzulayıb:
"Təkliflərinizi nəzərə alıb "Qarabağ"ın "Tottenhem"ə qarşı oyununu bu dəfə stadiondan deyil, evimdən izləməyə qərar verdim. Londona 4-cü dəfə səfər edən "Qarabağ"a Avropa Liqasında uğurlar arzu edirəm!".
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı bu gün saat 23:00-da start götürəcək