Menyu

Bakıda dünya metropolitenlərinin ilk beynəlxalq konfransı keçiriləcək

Nərmin Qocamanlı
Bakıda dünya metropolitenlərinin ilk beynəlxalq konfransı keçiriləcək

2025-ci ildə Bakıda dünya metropolitenlərinin konfransı təşkil ediləcək. Avqustun 16-da ilk beynəlxalq konfransın təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.

"Operativ Media" xəbər verir ki, sənədi “Bakı Metropoliteni” QSC- nin sədri Zaur Hüseynov və “Metro İstanbul”un baş direktoru Özğür Soy imzalayıblar.

Zaur Hüseynov bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri keyfiyyətcə yeni müstəviyə çıxıb.

“Bakı və İstanbul metrosu arasında 2015-ci ildən qarşılıqlı əlaqələr intensiv şəkildə davam etdirilir. Əldə olunmuş nailiyyətlər bundan sonra dünyanın digər metropolitenlərinin cəlb edilməsi ilə yeni müstəviyə keçə bilər”, - deyə Z.Hüseynov qeyd edib.

Qeyd olunub ki, konfransın gələcəkdə bütün metropolitenlər üçün ən uğurlu platformaya çevrilməsi üçün birgə planlar üzərində işlər aparılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər