Menyu

Hadrutda yaşayan sakinlərin səyyar tibbi müayinəsi həyata keçirilib

Operativ Media
Hadrutda yaşayan sakinlərin səyyar tibbi müayinəsi həyata keçirilib

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Hadrut Ailə Sağlamlıq Mərkəzində əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə səyyar tibbi müayinə təşkil olunub.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentyönümlü səhiyyə xidmətlərinin əlçatanlığının artırılması və vətəndaşların yaşadıqları ərazidə müasir tibbi xidmətlə təmin olunması TƏBİB-in əsas prioritet istiqamətlərindəndir. Bu məqsədlə həyata keçirilən səyyar tibbi müayinələr mövcud sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə, xəstəliklərin erkən aşkarlanmasına, vaxtında tibbi müdaxilənin təmin edilməsinə və gələcəkdə göstərilən səhiyyə xidmətlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verir.

Müayinə çərçivəsində terapevt, ginekoloq, pediatr, kardioloq və nevroloq ixtisasları üzrə həkimlər tərəfindən vətəndaşlara tibbi xidmət göstərilib. Müraciət edən şəxslərin sağlamlıq vəziyyəti qiymətləndirilib, şikayətləri dinlənilib, laborator analizlər üçün nümunələr götürülüb və zəruri müayinələr aparılıb.

Səyyar tibbi müayinə zamanı 28 vətəndaşa ümumilikdə 150-yə yaxın tibbi xidmət göstərilib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər