Menyu

Təmir sexindən 7 minlik ehtiyat hissələri oğurlandı

Təmir sexindən 7 minlik ehtiyat hissələri oğurlandı

Babək prospektində avtomobil təmiri sexindən oğurluq olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edən sexin sahibi oradan 7000 manat dəyərində ehtiyat hissələrinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Seyid Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"T\u0259mir sexind\u0259n 7 minlik ehtiyat hiss\u0259l\u0259ri o\u011furland\u0131"

Əlaqəli Xəbərlər