Patriarx Kirill: Moskvadakı terror aktı iki ənənəvi dini bir-birinə qarşı qoymaq cəhdi olub
Nərmin Qocamanlı
"Crocus City Hall"da baş verən terror aktı ilə Rusiyanın bədxahları ölkədə iki ənənəvi dini qarşı-qarşıya gətirməyə cəhd ediblər.
"Operativ Media" xəbər verir ki, bunu Moskva və bütün Rusiyanın Patriarxı Kirill bildirib.
Onun sözlərinə görə, "Crocus" terror aktı ilə iki ənənəvi dini bir-birinə qarşı qoymaq cəhdi olub, insanları dini prinsiplərə görə parçalamaq, eyni zamanda bir-birinə qarşı qoymağa cəhd edilib.
"Əlbəttə ki, biz Rusiyada belə bir şeyə yol verə bilmərik", - deyə o, vurğulayıb.