Bolqarıstanın baş naziri vəzifəsinə namizəd Qabrielle hökuməti qurmaqdan imtina edib
Bolqarıstan hökumətinin başçısı vəzifəsinə namizəd Mariya Qabriel siyasi tərəfdaşlarla razılığa gəlmək və yeni kabinet formalaşdırmaq cəhdlərini davam etdirməkdən imtina edib.
"Operativ Media" xəbər verir ki, o bu barədə brifinqdə bildirib.
"Bazar ertəsi mən baş nazir vəzifəsindən istefa verməyimlə bağlı parlamentə məktub təqdim edəcəyəm. "Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar" partiyası hökumətin ikinci versiyası üzrə danışıqlarda iştirak etməyəcək", - Qabriel deyib.
Qabriel hökumətdəki fəaliyyətini müddəti bitənə qədər davam etdirəcəyini də bildirib.