Qaziantepdə avtomobil və yük maşın toqquşub, ölən və yaralananlar var
Nərmin Qocamanlı
Türkiyənin Qaziantep bölgəsində avtomobilin eyni istiqamətdə hərəkətdə olan yük maşınına çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Operativ Media" Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Nurdağı-Osmaniye yolunun 7-ci kilometrliyində baş verib.
Qəzada avtomobil yararsız hala düşüb, hadisə yerinə jandarma, sağlamlıq və xilasetmə qrupları sövq edilib.
Yanğınsöndürmə qrupları avtomobildə sıxışan 4 nəfəri çıxarıb. Sağlamlıq qrupları tərəfindən aparılan yoxlama zamanı onların ikisinin həyatını itirdiyi müəyyən edilib. Xəsarət alan sürücülər isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.