Menyu

Polşa 50-dən çox ölkədəki səfirini dəyişəcək

Əziz Əzizli
Polşa 50-dən çox ölkədəki səfirini dəyişəcək

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir.

Bildirilib ki, Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib.

Məlumata görə, kadr dəyişiklikləri ölkənin Baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.

Əlaqəli Xəbərlər