Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi məlumat yayıb.
Məlumata görə, Zelenskinin Türkiyəyə səfəri zamanı Ukrayna-Rusiya müharibəsi, Taxıl Dəhlizi sazişi və regionda daimi sülh axtarışları ətraflı müzakirə olunacaq.