ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzzada altı həftəlik atəşkəsi dəstəkləyən qətnamə göndərib
Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında yenilənmiş Yaxın Şərq üzrə qətnamə layihəsi hazırlayıb, mətnində anklavda girovların azad edilməsi ilə Qəzza zolağında 1,5 ay müddətinə atəşkəs rejimini dəstəkləyən bənd var.
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild məlumat verib.
"Biz bütün girovların azad edilməsi ilə təxminən 6 həftəlik atəşkəsin yaradılması üçün diplomatik səyləri birmənalı şəkildə dəstəkləyən yeni qətnamə layihəsini yaydıq", - Qrinfild deyib.
Amerika diplomatik missiyasının rəhbəri əlavə edib ki, sənəd yerdə davam edən danışıqları dəstəkləmək məqsədi daşıyır.