Ərdoğan Bosniya və Herseqovina Prezident Şurasının üzvləri ilə görüşüb
Nərmin Qocamanlı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 3-cü Antalya Diplomatik Forumu çərçivəsində Bosniya və Herseqovina Prezident Şurasının üzvləri Denis Becirovic və Zeljka Cvijanovic ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Forumun ilk günündən diplomatik fəaliyyətini davam etdirən prezident Ərdoğan liderlərlə ikitərəfli görüş keçirib.
İkitərəfli görüşlərdə regional məsələlər və iki ölkə arasında aparılan danışıqlar müzakirə edilib.