Makron martın 7-də Fransa partiyalarının liderləri ilə Ukraynadakı münaqişəni müzakirə edəcək
"Fransa prezidenti Emmanuel Makron Fransa siyasi partiyalarının liderləriylə Ukraynadakı münaqişə ilə bağlı məsləhətləşmələr aparacaq, görüş martın 7-də baş tutacaq".
"Operativ Media" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Yelisey sarayındakı mənbəsinə istinadən məlumat yayıb.
"Cümə axşamı, martın 7-də, saat 10:30-da (Bakı vaxtı ilə 13:30) prezident Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda deputatları parlamentdə təmsil olunan bütün partiya liderlərini görüş formatında qəbul edəcək", - mənbə qəzetə bildirib. Bu görüşdə Fransanın baş naziri Qabriel Attalın da iştirak edəcəyi bildirilir.
Müxalifət nümayəndələri ilə görüşlərin bu formatı ilk dəfə 2023-cü il avqustun 30-da Parisin Sent-Deni qəsəbəsində təşkil edilib. Daha sonra Makron hakim koalisiyada mütləq çoxluğun olmaması fonunda parlamentdə onlarla qarşılıqlı əlaqəni müzakirə edib.